"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz səviyyədə çıxış etmədik"
Bizi izləyin

İdman

"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz səviyyədə çıxış etmədik"

"Uduzmuşuqsa, özümüzü xoşbəxt saya bilmərik. Oyunu məğlub başa vurduq. Rəqib bizi qanunauyğun şəkildə yendi. Düşünürsünüzsə ki, hesab fərqi böyük ola bilərdi, futbolda hər şey mümkündür".

Publika.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Yunanıstanda "Panatinaikos"a 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib. O bildirib ki, rəqibin gözlənilən oyununa hazır olublar: "Biz "Panatinaikos"un taktiki, strateji gedişlərini gördük. Bunlara hazır idik. Bu gün biz istədiyimiz, oynaya biləcəyimiz səviyyədə çıxış etmədik. Bu, məni hər şeydən çox özümdən çıxarmışdı. Öz oyun üslubumuzu ortaya qoymaq əvəzinə nəyə görəsə başqa cür futbol sərgilədik. Düşünmürəm ki, rəqib bizi bundan məhrum etdi. Sadəcə, istədiyimiz kimi oynamamağımız yalnız öz günahımız idi".

Ukraynalı mütəxəssis zəif oyuna rəğmən, cavab görüşündə fərqli futbol sərgiləyərək, mərhələ adlama şanslarının olduğunu bildirib: "Əlbəttə, rəqibin ciddi üstünlüyü var idi. Bunu etiraf edirəm. Amma fikrimcə, vəziyyəti düzəltmək imkanına malikik. Hazırkı mərhələdə daha da artıraraq, daha keyfiyyətli oyun ortaya qoya bilərik. Şansımız var, özü də az deyil. Amma neçə faiz olduğunu deyə bilmərəm. Bu, ilk oyunda necə oynamağımızdan asılı deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm