Almaniyalı idmançı Bakıda tapança ilə güllə atıcılığı yarışının qalibi olub
Bizi izləyin

İdman

Almaniyalı idmançı Bakıda tapança ilə güllə atıcılığı yarışının qalibi olub

Atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində Almaniya təmsilçisi qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Monika Karç finalda 39 xal toplayıb.

İkinci yerə polşalı Klaudia Bres (33 xal), üçüncü yerə isə Bolqarıstan təmsilçisi Mariya Qrozdeva (29 xal) çıxıb.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Azərbaycanın 7 idmançısı qrup yarışlarında mübarizəyə qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm