• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arda Turanın dostu Somaya 600 min avro ianə verdi

  • İdman
  • 20 May 2014 14:25
  • 1 046 Baxış
Arda Turanın dostu Somaya 600 min avro ianə verdi

“Atletiko Madrid”in portuqaliyalı ulduzu Filipe Luis İspaniya Çempionatı və Çempionlar Liqasından aldığı mükafatı mədənçilərə verəcək. Miranda da 200 min avro göndərir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Somada baş verən mədən faciəsindən sonra Arda Turanı təsəlli edən komanda dostu, portuqaliyalı Filipe Luis “Somaya ianə vermək istəyirəm. Çempionluq mükafatlarımı həlak olan mədənçilərin ailəsinə vermək istəyirəm” deyib. Bununla bərabər braziliyalı futbolçu Miranda da 200 min avro ianə verəcəyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə baş verən mədən faciəsində 301 nəfər ölüb , yüzlərlə işçi yaralanıb.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR