Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub
Bizi izləyin

İdman

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Rusiya millisi yeniyetmələr arasında 25 metr məsafəyə tapança ilə atəş açma yarışında 1715 xal toplayaraq çempion olub.

Publika.az Trend-ə istinadən bildirir ki, qızıl medalı Rusiya millisinə Daniil Şıxov, Eqor İsmakov, Aleksandr Petrov qazandırıb.

Ukrayna yığması 1713 xalla ikinci yeri tutub. Komandanın heyətində olan Yuri Kolesnik, Pavlo Krepostniak və Maksim Horotinets gümüş medalı komandanın aktivinə yazdırıblar.

Yarışda üçüncü yeri 1708 xal toplayan Fransa millisi qazanıb. Fransa yığmasının heyətində bu uğura Eduard Dortomb, Klement Qreffier, Andre Pyer Loren Kussiq imza atıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm