“Qəbələ”nin yeni transferi: “İstəyirəm mənim də canım rahat olsun”
Bizi izləyin

İdman

“Qəbələ”nin yeni transferi: “İstəyirəm mənim də canım rahat olsun”

“Qəbələ”nin yeni transferi: “İstəyirəm mənim də canım rahat olsun”

"İnter"in müdafiəçisi Ruslan Əmircanov mövsüm başa çatan kimi "bankirlər"in heyətindən ayrıldı.

Publika.az xəbər verir ki, futbolçu bir neçə klubun maraq dairəsində olsa da, "Qəbələ" ilə ilkin razılıq əldə edib. Əmircanov mətbuata verdiyi müsahibədə əyalət klubuna keçəcəyini təsdiqləmklə yanaşı, bir sıra maraqlı məqamlara da toxunub:

- Mösüm artıq başa çatdı. "İnter" mövsümə uğursuz başlasa da, sonda gümüş medalları qazandı. Komandanın çıxışını necə dəyərləndirirsiz?

- İlk 6 oyundan 5-ni uduzub, 1-də qalib gəlmişdik. Onda hamı deyirdi ki, "İnter" liqada qalmaq üçün oynayacaq. Bizim gücümüz var idi. Ola bilsin ki, oyunlarımız fərqli idi. Taktikanı dəyişəndən sonra uğur qazana bildik. Əvvəl dördlü müdafiə ilə oynayırdıq. Sonra isə əvvəl öyrəşdiyimiz beşli müdafiəyə keçdik. Bundan sonra da məğlubedilməzklik seriyamız başladı. Düzdü lap zirvəyə qalxa bilmədik. Ancaq uçurumdan dağın zirvəsinə qalxmaq da pis nəticə deyil. Çempion da ola bilərdik. Hər şey öz əlimizdə idi. Bizim yerimizə başqa komanda olsaydı, bəlkə də bunun öhdəsindən gələ bilməzdi.

- Artıq "İnter"dən ayrılmısız. Ən çox adınız "Qəbələ" ilə hallanır. Gələcək karyeranızı hansı klubda davam etdirmək fikirindəsiz?

- 2-3 komanda ilə danışıqlar gedir. Artıq mətbuatda "Qəbələ" ilə müqavilə bağladığımı yazırlar. Hansı komanda ilə danışıq aparıramsa, bu, o demək deyil ki, dərhal müqavilə imzalamalıyam. Rəsmi olaraq hələ ki, heç bir komanda ilə müqavilə bağlamamışam. Düzdü, danışıqlar gedir. Ancaq heç nə rəsmiləşməyib.

- Onu da nəzərə almaq lazımdı ki, Qəbələ doğulduğunuz Mingəçevir şəhərinə daha yaxındı...

- Düzdü, evimizə yaxındı. Neçə ildi Premyer Liqada çıxış edirəm. Artıq evdən didərgin düşmüşəm. Evə ancaq bayramdan-bayrama gedirəm. Ailəm mənim üçün önəmli olduğuna görə "Qəbələ"ni seçdim ki, oyun başa çatandan sonra evə də gedə bilim. Çünki adama daha əziz, yaxın olan valideyinlərdi. Onların yanında tez-tez olmaq istəyirəm.

- Neçə illik müqavilə imzalamaq fikiriniz var?

- Vallah, nə bilim. Lazım olar, bir, ya da 2 illik müqavilə imzalayaram. Onu komandanın rəhbərərliyi ilə söhbət edəcəm. Necə razılığa gəlsək, elə də olacaq. Ola bilsin ki, mənim də necə istədiyimi soruşsunlar. "Qəbələ" elə komandadı ki, orada 5-10 illik müqaviləyə də qol çəkmək olar. Çünki komandanın heç bir problemi yoxdu. Komandaya futbolu bilən adamlar rəhbərlik edir. Yəqin ki, bir-iki günə məsələyə tam aydınlıq gələr. Nəzərimdə "Qəbələ"ni tutmuşam. Ancaq son dəqiqədə nəsə dəyişə də bilər. Həyatdı, ola bilər ki, nədənsə razılaşa bilmədik.

- "Qəbələ" Avropa Liqasına vəsiqə qazana bilməsəydi, təklifi qəbul edərdiz?

- Bəli, yenə də gedərdim. "Qəbələ" avrokuboklara vəsiqə qazandığı üçün ora getmirəm ki. Mənə "İnter"dən də çox pul təklif etmirlər. Demək olar ki, eyni miqdardı. Sadəcə, evimizə yaxın olduğu üçün "Qəbələ" variantı daha yaxşıdı. Çünki gələcəkdə ailə həyatı quranda, istəyirəm evimizə yaxın yerdə oynayım, mənim də canım rahat olsun. (Futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm