Bir təpiyin qiyməti 4 min manat
Bizi izləyin

İdman

Bir təpiyin qiyməti 4 min manat

Bir təpiyin qiyməti 4 min manat

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunun oyunları ilə bağlı qərarlar qəbul edilib. Zaqatalada keçirilən "Simurq" - "Neftçi" matçının 45+1-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan Elvin Yunuszadə 4 oyunluq cəzalanıb və komandasının 4000 manat cərimələnməsinə səbəb olub.

Yunuszadə rəqib futbolçu Draqan Cerana qarşı kobud oynayaraq, birbaşa qırmızı vərəqə alıb. Futbolçu qırmızı vərəqə aldıqdan sonra meydançanı tərk etmək əvəzinə, yerə uzanan Cerana tərəf gedib və ona təpiklə zərbə endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm