Klub prezidenti dəfndə mollaya acıqlandı - VİDEO
Bizi izləyin

İdman

Klub prezidenti dəfndə mollaya acıqlandı - VİDEO

Əli Şən 17 yaşlı nəvəsinin dəfn mərasimində mollanın çox danışmasına etiraz olaraq “bəsdir nağıl danışdın” deyə qışqırıb.

Publika.az”ın daha öncə xəbər verdiyi kimi “Fənərbaxça” futbol klubunun keçmiş prezidentlərindən olan Əli Şənin 17 yaşlı nəvəsi Alp Əli Şən avtomobil qəzasında həlak olub. Dünən isə Əli Şən nəvəsini torpağa tapşırıb.

Cənazə namazı qılan molla dəfndən sonra uzun-uzadı danışdığı üçün nəvəsini itirən, böyük kədər içində olan Əli Şəni əsəbiləşdirib. Şən: “Bəsdir nağıl danışdın, müxtəsər elə”, deyə mollaya qışqırıb. Molla yenə davam etmək istəsə də, Şən barmağı ilə “sus” işarəsi göstərib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm