Məşhur məşqçi səfir oldu
Bizi izləyin

İdman

Məşhur məşqçi səfir oldu

Məşhur məşqçi səfir oldu

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo BMT-nin səfiri təyin olunub.

Publika.az xəbər veriri ki, Mourinyo dünyada aclığa qarşı mübarizə proqramı çərçivəsində fəaliyyət göstərəcək.

Məşhur məşqçi “Aclığa yox” kampaniyası çərçivəsində bu problemə diqqət ayrılmasına çalışacaq. Joze bildirib ki, bu məqsədlə yay aylarında Afrikaya getməyi planlaşdırır.

Mourinyo səfir kimi ilk açıqlamasını da verib:

“BMT-nin bu proqramını dəstəkləmək mənim şəxsi təşəbbüsümdür. Bu problemlər mənə və ailəmə tanışdır. O yerlərə gedəcəm ki, orda problem var, orda uşaqlar aclıq çəkirlər. Mən təkcə mətbuat konfranslarının adamı olmaq istəmirəm, həm də yer kürəsində çalışmaq istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm