Ronaldo azarkeşlərdən xahiş etdi
Bizi izləyin

İdman

Ronaldo azarkeşlərdən xahiş etdi

Ronaldo azarkeşlərdən xahiş etdi

“Real”ın ulduzu Ronaldo Çempionlar Liqasının finalında Madrid "Atletiko"su ilə keçiriləcək oyun öncəsi azarkeşlərə səslənib.

Publika.az xəbər verir ki, mətbuata açıqlama verən portuqaliyalı ulduz final görüşündə azarkeş dəstəyinə ehtiyaclarının çox olduğunu bildirib:

"İnanıram ki, Lissabona gələcək azarkeşlər bizə real dəstək verəcəklər. Onların mahnı oxumalarını və bizə yüksək səviyyədə dəstək olmalarını istəyirəm. Onların dəstəyinə ehtiyacımız var. Əks təqdirdə, bizim üçün çətin olacaq".

Qeyd edək ki, "Real" "Atletiko" oyunu mayın 24-də, saat 23:45-də (Bakı vaxtı ilə) başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm