Kuba da Azərbaycana rəqib oldu
Bizi izləyin

İdman

Kuba da Azərbaycana rəqib oldu

Kuba da Azərbaycana rəqib oldu

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha 4 yığmanın adı bəlli olub.

Publika.az xəbər verir ki, Dominikan Respublikası, Kuba, ABŞ və Kanada milliləri komandamızın mübarizə aparacağı mundiala vəsiqə qazanıblar.

Bu komandalar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən DÇ-yə yüksəliblər. NORCECA-nın Apennində iştirak hüququ qazanacaq digər 2 komandasının adına isə iyula ayına qədər aydınlıq gələcək.

Beləliklə, mundialın iştirakçılarının sayı 22-ə yüksəlib. Bu 4 yığmadan Kubanın Azərbaycan millisinin yer aldığı C qrupuna düşəcəyi ehtimal edilir. Voleybolçularımızın son rəqibi isə NORCECA-nın 3-cüsü olacaq.

Qruplar püşkün nəticəsinə əsasən aşağıdakı kimidir:

A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA-6.
D qrupu: Yaponiya, Çin, NORCECA-3, Belçika, Kuba, Azərbaycan.

Qeyd edək ki, NORCECA seçmə mərhələsi başa çatdıqdan sonra yığmaların reytinq cədvəlində dəyişiklik olsa, həmin komandaların nömrələrinə uyğun qrupları dəyişməsi istisna deyil.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm