Çingiz Hüseynzadə: "Sevindirici haldır ki, Ramil Quliyev dünya çempionu oldu"
Bizi izləyin

İdman

Çingiz Hüseynzadə: "Sevindirici haldır ki, Ramil Quliyev dünya çempionu oldu"

"Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu".

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir: "Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan bir zədələndiyi üçün 4 idmançı ilə qatıldıq və çox uğurlu nəticə əldə etdik. Dünya çempionatında 5-ci yeri tutmaq böyük nəticədir. İdmançılarımız çəkic atma və 3 təkanla tullanma yarışlarında 5-ci oldu. Hayle İbrahimovun nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu DÇ onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etdi. Onun DÇ-də iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı".

Ç.Hüseynzadə Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin dünya çempionu olmasına da münasibət bildirib:

"Sevindirici haldır ki, bizim keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu. Bu, böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz edəndə Ramilin medal qazanmaq şansı olduğunu gördük. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və ortaq qərar verdik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını qaldırsın. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Dünya Atletika Federasiyasının prezidenti də birinci olaraq Azərbaycanı təbrik etdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm