Mahir Mədətov: "Açığı, qol vuracağımı gözləmirdim"
Bizi izləyin

İdman

Mahir Mədətov: "Açığı, qol vuracağımı gözləmirdim"

"Açığı, qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Sevinirəm ki, belə bir xoş sürprizlə qarşılaşdım və matçda ilk qolumu vurdum".

Publika.az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov Bakıda Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçından sonra deyib.

Mədətov vurduğu qoldan sonra italiyalı baş hakim Paolo Talyaventonun qərarını gözlədiyini bildirib: "Topu tora göndərdikdən sonra bir anlıq tərəddüd etdim. Baş hakimə baxdıqdan sonra gördüm ki, əli yuxarı yox, mərkəzə doğrudur. Ondan sonra qol sevincimi qeyd etdim".

Gənc hücumçunun fikrincə, avqustun 23-də keçiriləcək cavab görüşü ilk matçdan da çətin olacaq: "Hələ işimiz bitməyib. Qarşıda cavab görüşü var. Komandamızın qarşısındakı məqsədə doğru getməliyik. Ona görə də boşalmaq olmaz. Səfər matçında azarkeş amili də öz sözünü deyəcək. Biz də nəyimiz varsa, ortaya qoymalı, tarix yazmalıyıq. Ən azı 2 top fərqi ilə qalib gəlsəydik, Kopenhagenə daha üstün durumda yollanardıq. 1:0 sürüşkən hesabdır. Amma böyük hesablı qələbə qazansaydıq belə, inanmıram ki, boşalacaqdıq. Çünki rəqibin adı və oyunu hamımıza bəllidir".

Mədətov hazırda cavab görüşünü yox, Azərbaycan Premyer Liqasının II turunda qarşı keçirəcəkləri ev oyununu düşündüklərini də vurğulayıb: "İndidən nə isə danışmaq istəmirəm. Bu gün uşaqlar əziyyət çəkdilər. Artıq yaxşıca dincələrək, "İnter"lə qarşıdakı çempionat matçına köklənməliyik. Daha sonra isə "Kopenhagen"lə cavab görüşünü düşünərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm