"Qarabağ"dan möhtəşəm göstərici: 10 oyundu uduzmur
Bizi izləyin

İdman

"Qarabağ"dan möhtəşəm göstərici: 10 oyundu uduzmur

“Qarabağ”ın Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb.

Pley-offun “Kopenhagen”lə Bakıdakı görüşündə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində 10 oyundu uduzmur.

Ağdamlılar sonuncu dəfə 749 gün əvvəl məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz Şotlandiyada “Seltik”ə yenilib. 2015-ci il iyulun 29-dakı görüşdən sonra “Qarabağ” Çempionlar Liqasında uduzmayıb.

2015/16 mövsümündə 1, ötən il 4, cari turnirdə isə 5 dəfə meydana çıxan çempionumuz azarkeşlərinə üzüntü yaşatmayıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqasında mütləq rekordudu.

Əyalət klubu bu 2 ildən artıq müddətdə 5 qələbə qazanıb, 5 heç-heçə edib. Rəqib qapılarına 13 top vuran təmsilçimiz 3-nü buraxıb.

“Qarabağ”ın Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb. Apasport.az saytının məlumatına görə, pley-offun “Kopenhagen”lə Bakıdakı görüşündə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində 10 oyundu uduzmur.

Ağdamlılar sonuncu dəfə 749 gün əvvəl məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz Şotlandiyada “Seltik”ə yenilib. 2015-ci il iyulun 29-dakı görüşdən sonra “Qarabağ” Çempionlar Liqasında uduzmayıb.

2015/16 mövsümündə 1, ötən il 4, cari turnirdə isə 5 dəfə meydana çıxan çempionumuz azarkeşlərinə üzüntü yaşatmayıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqasında mütləq rekordudu.

Əyalət klubu bu 2 ildən artıq müddətdə 5 qələbə qazanıb, 5 heç-heçə edib. Rəqib qapılarına 13 top vuran təmsilçimiz 3-nü buraxıb. (apasport)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm