Məşhur futbol klubu verdiyi sözü tutdu
Bizi izləyin

İdman

Məşhur futbol klubu verdiyi sözü tutdu

Artıq iki mövsümdür Türkiyə super liqasının çempionu olan "Beşiktaş" futbol klubu terror aktı nəticəsində şəhid olan işçisinin ailəsinə verdiyi sözü gerçəkləşdirib.

Publika.az xəbər verir ki, klub keçən il “Vodafone Park” stadionu yaxınlığında baş verən terror aktı zamanı şəhid olan “Kartal Yuvası” mağazasının satıcısı Tunc Uncunun ailəsinə ev hədiyyə edib.

Ağ-qaralı komandanın direktorlar şurasının nümayəndəsi Hüseyn Mican şəhidin anası Kadriye Uncuya evin sənədlərini təqdim edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm