Azərbaycan klubunun bütün heyəti İSTEFA VERDİ
Bizi izləyin

İdman

Azərbaycan klubunun bütün heyəti İSTEFA VERDİ

Təbrizi təmsil edən "Maşınsazi" futbol klubunun bütün üzvləri müqavilələrini ləğv edib.

İran mediası xəbər verir ki, bu barədə qərar klubun yeni sahibi ilə keçirilən görüşdə qəbul olunub.

İclasdan sonra klubun məşqçiləri, texniki heyəti və futbolçuları klubdan ayrıldıqlarını bildiriblər. "Maşınsazi"nin yeni sahibi istefa verən icraçı direktor Hüseyn Xətibinin də istefasını qəbul edib.

Qeyd edək ki, ötən mövsüm güclülər dəstəsində çıxış edən "Maşınsazi" aşağı liqaya düşmüşdü. (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm