“Marca” “Qarabağ”dan üzr istədi
Bizi izləyin

İdman

“Marca” “Qarabağ”dan üzr istədi

İspaniyanın məşhur “Marca” nəşri “Qarabağ” futbol klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib, mətndə dəyişiklik edilib.

Azərbaycanın İspaniyadakı səfirliyindən Publika.az-a verilən məlumata görə, dünən İspaniyanın məşhur "Marca" nəşrinin "Futbol sərhədləri aşanda" (Cuando el futbol cruza fronteras) adlı məqaləsində "Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, Qarabağ futbol klubunun isə həmin əraziyə məxsusluğu ila bağlı həqiqətə uyğun olmayan məlumatlara yer verilmişdi.

Səfirlik tərəfindən məsələyə dərhal reaksiya verilib redaksiya ilə əlaqə saxlanılaraq sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də, həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxanlması ilə bağlı baş redaktora yazılı müraciət edilib.

Səfirliyin məlumatında qeyd edilir ki, Qarabağ futbol klubu da məsələ ilə bağlı "Мarca" nəşrinə etirazını bildirib.

Görülən tədbirlər nəticəsində "Marca" nəşri bu gün adıkeçən məqalədə müvafiq dəyişiklikləri etməklə öz üzrxahlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm