"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq İDDİA QALDIRDI
Bizi izləyin

İdman

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq İDDİA QALDIRDI

"Barselona" klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.

Publika.az bildirir ki, klub braziliyalı forvardın müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb. "Barsa" bildirir ki, Neymar bunu etməsə, göstərilən məbləği ödəməyə görə məsuliyyəti yeni klubu Fransa PSJ-si öz üzərinə götürməlidir.

Kataloniya təmsilçisinin açıqlamasında deyilir: "Neymar müqaviləsini uzatdıqdan 2 ay sonra birtərəfli qaydada anlaşmasının satılmasına təşəbbüs göstərib. Bütün prosedurlar oyunçunun özü ilə diskussiyaya girmədən müvafiq orqanlarla birgə aparılacaq".

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm