Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR
Bizi izləyin

İdman

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

Bir vaxtlar vətənimizdə futbol yalnız kişilərin oyunu sayılırdı. Onu ancaq kişilər izləyir, birgə stadiona gedir, azakeşlik edirdilər.

Sevindirici haldır ki, artıq xanımlarımızın da bu oyuna marağı günbəgün artır. Zərif və cəsur Azərbaycan xanımı futbola azarkeşlik edir, sevimli komandasını yeni-yeni uğurlara, zəfər zirvələrinə səsləyir.

""Ladies of "Karabagh"" doğma "Qarabağ" klubumuzun qadınlardan ibarət ilk rəsmi fan klubudur. Doğma Qarabağımızın xanım azarkeşləri də son illər olduqca fəaldırlar. Günay Yelmarqızının liderliyilə fəaliyyət göstərən “Fan Klub”un 300-dən artıq üzvü artıq bir neçə ildir ki, doğma komandanın bütün oyunlarında iştirak edir, mənəvi dəstəklərini əsirgəmirlər. Xanımların fikirincə, “Qarabağ" təkcə futbol klubu deyil, o həm də işğal altındakı torpaqlarımızın rəmzidir”.

Publika.az bu gün Danimarkanın "Parken" stadionunda keçiriləcək “Qarabağ"-"Kopenhagen” görüşü ilə bağlı komandamızın xanım azarkeşlərinin xoş arzularını öyrənməyə bilməzdi.

Elə ilk arzularını dilə gətirən fan klubun yaradıcısı Günay Yelmarqızı oldu.

Günay xanım fan klub üzvlərinin çox həyəcanlı olduqlarını etiraf etdi.

Bu gün hər kəs "QARABAG"!!! Uğurlar ermənilərin yer üzərindən sildiyi şəhərin təmsilçisi!!! Şəhəri silə bilərlər, amma Ağdamın, Qarabağın Azərbaycanın bir parçası olduğu həqiqətini əsla! Sən var olduqca Avropa Ağdamı, Qarabağı bir daha etiraf edəcək!

Mən “Qarabağ”a həmişə inanmışam, Bakıda keçirilən qarşılaşmada da inanırdım, 1-0 qalib gəldi. İnanıram ki, səfərdə də qalib gələcək. İnam qələbənin yarısıdır. İnanıram ki, “Qarabağ” Azərbaycan futbolu adına bu gün də tarix yazacaq".

Gunay Yelmarqizi adlı şəxsin şəkli.

Klubun fəal azarkeşlərindən biri də Günay Vəliyevadır. Günay xanım oyunun başlamasını səbirsizliklə gözlədiyini bildirir:

""Ladies of "Karabakh"" fan klubu Qafqazın ilk xanımlardan ibarət fan klubdur. Artıq 4 ildir fəaliyyət göstəririk və 300-ə yaxın üzvümüz var. Azərbaycanda futbolu sevən xanımlarımızın komandamızı rahat dəstəkləmələri üçün hətta xüsusi sektor belə ayrılıb. Çalışdığımız qədər istər ölkə çempionatı, istər ölkə kuboku, istərsə də Avropa oyunlarında stadionda komandamızın yanında olub dəstəkləyirik. Bildiyimiz kimi Azərbaycanda xanımların stadionda olması bir az problemlidir, ümid edək ki, fan klub olaraq bu problemi aradan qaldıra biləcəyik".

GünAy Vəliyeva adlı şəxsin şəkli.

Kayra Mehdiyeva da Qarabağmızın fəal pərəstişkarıdır:

"Milli futbol tarixinin səhifəsinə qızıl hərflərlə yazılmağını istədiyimiz günlərdən biridir bu gün! "Qarabağ"ın mərhələni keçərək Çempionlar Liqasının qrupunda təmsil olunmaqla xalqımıza sevinc bəxş etməyini diləyirəm. Oyun ərzində 11 nəfərlə deyil, hər bir Qarabağ severlə meydanda olacağıq. Oyunçulara inamli, əzimli mübarizə və layiqli qələbə arzulayıram. Qurban Qurbanov, "Qarabağ"ın uğurlarının banisi olaraq zəfər sizinlə olsun!

Bu gün nəinki fan klub xanımlarının, yaşından, vəzifəsindən asılı olmayaraq bütün Azərbaycan qadınlarının, qızlarının ürəyi "Qarabağ"la döyünəcək. Bu gün bizim qəhrəmanlarımız sevimli komandamızın üzvləri olacaq.

Adımız, ruhumuz, qanımız "Qarabağ"ın parlaq qələbələrini Ağdamda, Şuşada, Laçında qeyd etmək ümidi ilə..."

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm