Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazandı - - FOTO
Bizi izləyin

İdman

Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazandı - - FOTO

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Taypeydə təşkil olunan 29-cu Yay Universiadasında qızıl medal qazanıb.

80 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə portuqaliyalı Jan Miçel Fernandesi 29:1, ardınca rusiyalı Boqdan Qreçkini 25:8, yaponiyalı Hidenori Ebatı 32:15 hesabı ilə yenib. Dünya çempionu yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya 12:4 hesabı ilə qalib gəlib. Həlledici döyüşdə isə o, ispaniyalı Raul Martinez Qarsiyadan üstün olub - 6:3.

Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 2-ci "qızıl"ı, ümumilikdə isə 4-cü medalı olub. Ötən gün digər taekvondoçu Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub. Daha əvvəl isə cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm