Matsari “İnter”də qalır
Bizi izləyin

İdman

Matsari “İnter”də qalır

Matsari “İnter”də qalır

Valter Matsari növbəti mövsümdə də “İnter”in baş məşqçi postunda qalacaq.

Publika.az xəbər verir ki, bu barədə məşqçi özü mətbuat konfransında məlumat verib. Bir müddət əvvəl Matsarinin klubun sahibi Erik Tohirin tələbi ilə “İnter”dən ayrılacağı bildirilirdi.

Baş məşqçi mətbuat konfransında məsələyə belə münasibət bildirib:

“Mövsümün gedişində bildirmişdim ki, bəzi suallara hələ cavab verə bilmərəm. Mən çempionatda əldə edəcəyimiz son nəticəni gözləyirdim. Növbəti mövsümdə də “İnter”i çalışdıracam? Əlbəttə. “Latsio” ilə oyundan sonra Erik Tohir mənə zəng edərək “Tapşırıq yerinə yetirilib, rəhbərlik sənə inanır” dedi. Mən özünütənqidçiyəm. Tənqidlər məni daha da motivasiyalı edir. Bütün mövsüm ərzində tənqidlərdən nətiçə çıxardıb, məşqçilər korpusunun səhvlərini təhlil etmişəm”.

Qeyd edək ki, “İnter” İtaliya çempionatını 5-ci pillədə tamamlayaraq, Avroliqaya vəsiqə əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm