İdman
"Qarabağ"ın qələbəsi Türkiyə mətbuatında
"Qarabağ" futbol komandasının bütün Azərbaycana yaşatdığı sevinc qardaş Türkiyə mediasında da işıqlandırılıb.
Publika.az xəbər verir ki. Türkiyə kütləvi informasiya vasitələrində “Qarabağ çempionlar liqasında”, “Qarabağ çempionlar liqasında ilk Azərbaycan komandası olaraq tarixə keçdi” və sair başlıqlar altında məqalələr dərc olunub.
Bundan əlavə qardaş ölkənin idman klubları da sosial şəbəkələrdəki hesablarında Qarabağı təbrik ediblər.
Türkiyənin "Beşiktaş" futbol klubunun rəsmi feysbuk səhifəsində
doğma komandamızın fotoşəkili paylaşılaraq “Danimarka komandası
Kopenhageni ələyərək Çempionlar Liqasında gruplara qalan Qarabağı
təbrik edirik.
Salam olsun, Azerbaycanlı Beşiktaşlılar..” sözləri qeyd edilib.
Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubunu təbrik edib.
U.Aküzüm feysbuk səhifəsində yazıb: "Baba yurdumun komandası "Qarabağ Ağdam"la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm".
"İstanbul Başakşehir" komandası Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ı belə təbrik edib: "Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!"
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO