Mövsümün son akkordu – “Qəbələ” “Neftçi”yə qarşı
Bizi izləyin

İdman

Mövsümün son akkordu – “Qəbələ” “Neftçi”yə qarşı

Mövsümün son akkordu – “Qəbələ” “Neftçi”yə qarşı

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq.

Publika.az xəbər verir ki, həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək. Bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşəcək. "Qəbələ" ilk dəfədi kubokda finala yüksəlir. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıdı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanıb. Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman məğlubiyyətlə üzləşib. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə komanda kuboka sahib çıxıb.

Azərbaycan Kuboku

Final

22 may

20:00. QƏBƏLƏ - NEFTÇİ

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm