O, Londona qayıtmaq istəmir
Bizi izləyin

İdman

O, Londona qayıtmaq istəmir

O, Londona qayıtmaq istəmir

Madrid “Atletiko”sunun qapıçısı Tibo Kurtua “Çelsi”yə qayıtmaqla bağlı tərəddüd edir.

Publika.az xəbər verir ki, müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “Atletiko”da çıxış edən qapıçının transfer hüququnu “hindular” almaq istəsə də, londonluların baş məşqçisi Mourinyo perspektivli qapıçını itirmək istəmir. Kurtua özü isə Londona qayıdacağı təqdirdə Peter Çexlə ciddi rəqabət aparacağını anlayır:

“Peter Çexə böyük hörmət bəsləyirəm. O, dünyanın ən güclü qapıçılarından biridi. Ona görə də hesab edirəm ki, bizim eyni komandada olmağımız o qədər də ağıllı addım deyil. Hər ikimiz bütün qarşılaşmalarda meydana çıxmağı arzulayırıq. Ona görə də indi vəziyyət o qədər də aydın deyil. Növbəti həftə “Çelsi” rəhbərliyi ilə görüşüb vəziyyəti müzakirə etməyə çalışacağıq. Görək onlar nə istəyir, biz nə istəyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm