"Xəzər-Lənkəran”ın yalvardığı məşqçidən təzadlı açıqlama
Bizi izləyin

İdman

"Xəzər-Lənkəran”ın yalvardığı məşqçidən təzadlı açıqlama

"Xəzər- Lənkəran”ın yalvardığı məşqçidən təzadlı açıqlama

Rumıniyalı mütəxəssis Mirça Rednik “Xəzər- Lənkəran”la apardığı danışıqlar barədə Rumıniya mətbuatına danışıb.

Publika.az xəbər verir ki, Rednik müsahibədə təzadll fikirlər səsləndirib.

Siz gedəcəyiniz komandanı müəyyən etmisiz?

Hələ qərara gəlməmişəm. Müxtəlif komandalarla danışıqlar aparıram. Belçikanın “Mexelen” klubundan təklif vardı. Ancaq imtina etdim. Mən "Xəzər Lənkəran”la fəal surətdə danışıqlar aparıram. Orada məni yaxşı tanıyırlar. Orada bir neçə il qabaq işləmişəm və razılığımı verdim.

“Mexelen”dən niyə imtina etdiniz?

Danışıqları dayandırdım, çünki, məyus idim. Düzünü deyim, “Standart” və “Genk”də işimdən sonra acı təəssüratlarım var. Onlar bizim çempionatın pley-off mərhələsinə çıxmağımızı istəyirdilər və biz çıxdıq. Heyətdə gəncləri görmək istəyirdilər. Mən gənclərə yer verdim. Buna rəğmən, onlar məni qovdular.

Elə buna görə də siz Azərbaycana köçürsüz?

Əmin deyiləm. Biz hələ heç kimlə müqavilə bağlamamışıq. Düzü, mən azərbaycanlıların təklifində maraqlıyam: belə ki, bu təklif maliyyə nöqteyi-nəzərindən sərfəlidi. Amma mən daha yüksək əməkhaqqı istəyirəm.

Yəni cavab verməyə hələ tələsmirsiz?

- Bəli. Çünki mənim Rusiya və Qətərdən təkliflərim var.(futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm