İdman
San Marino millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün "döyüş"dür"
"Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımdan böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq".
Publika.az xəbər verir ki, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.
Qırx səkkiz yaşlı mütəxəssis sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. O, bildirib ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycanın futbol ölkəsi olmasının sübutudur:
"Azərbaycana qarşı böyük hörmətimiz var. Bilirik ki, Azərbaycan futbol ölkəsidir. Son vaxtlar əldə olunan nəticələr də bunun sübutudur. Lakin biz burdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Sabahkı matç bir növ bizim üçün döyüş olacaq. Rəqibin heyətindəki itkilərdən xəbərdaram. Özüm də bu halla dəfələrlə üzləşmişəm. Ümid edirəm ki, Robert Prosineçki layiqli əvəzləyicilər tapacaq".
Azərbaycan - San Marino oyunu saat 20:00-da başlayacaq.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO