DÇ-2018-in 7-ci iştirakçısı bəlli oldu
Bizi izləyin

İdman

DÇ-2018-in 7-ci iştirakçısı bəlli oldu

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

Publika.az xəbər verir ki, Cənubi Koreya seçmə mərhələnin 10-cu turunda mundiala vəsiqəni rəsmiləşdirib.

Asiyalılar Özbəkistanla qolsuz heç-heçə edərək xalını 15-ə çatdırıb və A qrupunu 2-ci pillədə başa vurub. Bununla da İranın ardınca koreyalılar da mundialda oynamağı təmin edib.

Qeyd edək ki, Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm