"Mançester Siti"nin ulduzu "Fənərbaxça"da?
Bizi izləyin

İdman

"Mançester Siti"nin ulduzu "Fənərbaxça"da?

"Fənərbaxça" daha bir dünya ulduzunu heyətinə qatır. "Hürriyət" qəzeti İstanbul klubunun "Mançester Siti"dən David Silva ilə anlaşdığını iddia edib.

İddiaya görə, "Fənərbaxça" həm futbolçu, həm "Mançester Siti" ilə razılıq əldə edib. Transferin sabah axşama qədər açıqlanacağı deyilir.

Qeyd edək ki, David Silva "Mançester Siti"yə 2010-cu ildə "Valensiya"dan 28,75 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiyiət qoyub. 31 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə Premyer Liqa çempionluğunu (2 dəfə), Federasiya Kubokunu (1), Liqa Kubokunu (2) və Super Kubokunu (1) qazanıb. 2006-cı ildən oynadığı İspaniya yığmasında 115 oyun keçirərək 33 qol vurub. O, 2008 və 2012-ci ildə Avropa, 2010-cu ildə dünya çempionu olub. (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm