“Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın bütün oyunları Azərbaycanda yayımlanacaq
Bizi izləyin

İdman

“Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın bütün oyunları Azərbaycanda yayımlanacaq

Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.

Publika.az xəbər verir ki, bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.

O bildirib ki, çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-nın köməyi ilə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlanacaq.

“İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.

Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün ölkəni əhatə edən “CBC Sport”la baxacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm