Emin Mahmudov karyerasını Azərbaycanda davam etdirəcək
Bizi izləyin

İdman

Emin Mahmudov karyerasını Azərbaycanda davam etdirəcək

Millimizin üzvü Emin Mahmudovun yeni klubu müəyyənləşib.

Publika.az goal.az-a istinadən xəbər verir ki, Portuqaliyanın "Boavista" klubundan ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. Yarımmüdafiəçi "Neftçi" klubu ilə anlaşıb. Bu gün ölkəmizə gələn futbolçu yaxın günlərdə "ağ-qaralar"la rəsmi müqavilə imzlayacaq.

Onun paytaxt klubu ilə imzalayacağı müqavilənin detalları bəlli deyil. Rusiyanın "Saturn" klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov" və "Mordoviya" kimi klublarda top qovub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm