Avropa çempionu Putinə görə diskvalifikasiya edildi - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Avropa çempionu Putinə görə diskvalifikasiya edildi - - FOTO/VİDEO

O, siyasi və dini simvolların nümayişini qadağan edən federasiyanın nizamnaməsini pozub.

Rusiyalı pauerlifter Vladimir Balınes 2017-ci ilin sonuna kimi peşəkar səviyyədə bütün yarışlardan kənarlaşdırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Pauerliftinq Federasiyası bildirib.

Buna səbəb idmançının mükafatlandırma mərasimi zamanı Rusiya prezidenti Vladimir Putinin təsvirinin olduğu futbolkanı göstərməsi olub. Hadisə Finlandiyada avqust ayında keçirilən Avropa birinciliyində olub.

Beləliklə, o, siyasi və dini simvolların nümayişini qadağan edən federasiyanın nizamnaməsini pozub.

Qeyd edək ki, 32 yaşlı Balınes pauerliftinq üzrə Rusiyanın çoxqat çempionudur. O, 2012-ci ildə Londonda keçirilən paralimpiya oyunlarında gümüş medal qazanıb. İki il sonra isə 49 kiloqrama qədər çəki kateqoriyasında dünya çempionatının bürünc mükafatçısı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm