“Qızıl ayaq” mükafatına namizədlər açıqlandı
Bizi izləyin

İdman

“Qızıl ayaq” mükafatına namizədlər açıqlandı

Qalib səsvermə yolu ilə müəyyənləşdiriləcək.

Cari ildə “Qızıl ayaq” mükafatını almağa layiq olan 10 futbolçunun adı müəyyənləşib.

Publika.az xəbər verir ki, mükafat yaşı 28-dən az olmayan və futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim ediləcək.

Namizədlərin siyahısına Lionel Messi, Luis Suares (hər ikisi “Barcelona”), Kriştiano Ronaldo, Serxio Ramos (“Real Madrid”), Manuel Noyer, Aryen Robben (“Bavariya”), İker Kasilyas (“Porto”), Tyaqo Silva (“PSJ”), Yaya Ture (“Mançester Citi”) və Andrea Pirlo (“Nyu Yorks Siti”) daxildir.

Qalib səsvermə yolu ilə müəyyənləşdiriləcək. Mükafatın təqdim edilməsi mərasimi noyabrın 7-də Monakoda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm