Əfsanəvi kapitanın qardaşı Suaresi əməliyyat etdi
Bizi izləyin

İdman

Əfsanəvi kapitanın qardaşı Suaresi əməliyyat etdi

Əfsanəvi kapitanın qardaşı Suaresi əməliyyat etdi

Uruqvay millisinin hücumçusu Luis Suaresin zədələnməsi ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, ulduz futbolçu əməliyyat olunub. Uğurla keçən əməliyyat Montevideo klinikalarından birində aparılıb. Həkimlər 30 dəqiqə çəkən əməliyyatdan sonra futbolçunun hansı müddətə bərpa olunacağı ilə bağlı açıqlama verməyiblər. Adətən, bu tip əməliyyatların bərpası 2-3 həftə çəkir. Suaresi əməliyyat edən Luis Françeskoli Uruqvay millisinin əfsanəvi kapitanı Entco Françeskolinin qardaşıdır.

Qeyd edək ki, məşq zamanı dizindən zədələnən Suaresdə menisk problemi aşkarlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm