• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

16 nəhəng komandaya qarşı inanılmaz iddia: "Beşiktaş”la rəqibi eyni siyahıda

  • İdman
  • 15 Sentyabr 2017 16:40
  • 612 Baxış
16 nəhəng komandaya qarşı inanılmaz iddia: "Beşiktaş”la rəqibi eyni siyahıda

“Benfika” futbol klubunun rəsmi xəbər kanalı Avropanın 16 futbol klubunu qeyri-qanunilikdə və sui-istifadə etməkdə günahlandırıb.

Publika.az xəbər verir ki, siyahıda Avropanın nəhəng klubları, o cümlədən, Türkiyənin “Beşiktaş” və “Fənərbağça” klubları da yer alıb.

Siyahıda “Beşiktaş”ın Çempionlar Liqasındakı rəqibi “Porto” komandası 3-cü sırada göstərilib.

Bu xəbər “Porto” klubunu hiddətləndirib. Bu klubun başçılığı ilə siyahıda adı keçən bir çox komanda kanala qanuni yollarla cavab verməyə hazırlaşır.

“Benfika” kanalı siyahı ilə bağlı verdiyi açıqlamada xəbəri ingilis “Daily Mail” qəzetinin hazırladığını bildirib. “Porto” klubunun mətbuatla əlaqələr xidmətinin rəhbəri Fransisko Markez xəbərlə bağlı olaraq qəzetlə əlaqə saxladıqlarını bildirib. Qəzetdən gələn onlayn məktubu paylaşan Markez “Daily Mail”in belə bir xəbər hazırlamadığını deyib.

Siyahıda 4 İtaliya klubunun da adı çəkilib. Bunun cavabında İtaliya kanala sərt reaksiya ilə cavab verib.

Adı çəkilən klubların siyahıda yeri aşağıdakı kimidir:

1. Marsel-Fransa
2. Yuventus-İtalya
3. Porto-Portuqaliya

4. Dinamo-Berlin-Almaniya
5. CFR-Cluj-Ruminya
6. Milan-İtaliya
7. Fiorentina-İtaliya
8.Tomosori-Berat-Albaniya
9. Lazio-İtaliya
10. Valensiya-Fransa
11. Leed-City-İngiltərə
12. Viedzev-Lodz-Polşa
13. Fənərbağça-Türkiyə
14. Beşiktaş-Türkiyə
15. Olimpiakos-Yunanıstan
16. Glasgov Rangers – İsveçrə

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>