APL, 5-ci tur: Tərlan Əhmədovun "Neftçi"də debütü necə alınacaq?
Bizi izləyin

İdman

APL, 5-ci tur: Tərlan Əhmədovun "Neftçi"də debütü necə alınacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. Həftənin matçları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.

Publika.az xəbər verir ki, turun maraqla gözlənilən oyunu şənbə günü baş tutacaq. “Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov “Zirə” ilə oyunda debüt edəcək. Hazırda turnir cədvəlində 9 xalla lider olan qəsəbə komandası “ağ-qaralar” üçün arzuolunmaz rəqibdir. 80 illik tarixə məxsus “Neftçi” heç vaxt “Zirə”ni məğlub edə bilməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda əvvəlki 8 matçdan 6-da qalib gəlib.

Turun təqvimi ilə tanış olun.

Azərbaycan Premyer Liqası. 5-ci tur

16 sentyabr (şənbə)

16:30. “İnter” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“İnter Arena”

19:00. “Neftçi” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakcell Arena”

17 sentyabr (bazar)

18:30. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-ispektor: Şahin Cəfərov

Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Dalğa Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm