“Qəbələ”nin Avroliqadakı rəqibləri
Bizi izləyin

İdman

“Qəbələ”nin Avroliqadakı rəqibləri

“Qəbələ”nin Avroliqadakı rəqibləri

Azərbaycan çempionatında 3-cü yeri tutan “Qəbələ” Avroliqaya 1-ci təsnifat mərhələsindən başlayacaq.

Publika.Az xəbər verir ki, artıq komandanın potensial rəqibləri də bəlli olub.

30 potensial rəqibin adlarını təqdim edirik:

Rusenborq (Norveç), Tromse (Norveç), Liteks (Bolqarıstan), Ekranas (Litva), Hafnarfyordur (İslandiya), Höteborq (İsveç), Sarayevo (Bosniya və Herseqovina), Şaxtyor (Qazaxıstan), Spartak (Trnava, Slovakiya), Differdanj (Lüksemburq), Split (Xorvatiya), Linfild (Şimali İrlandiya), Pünik (Ermənistan), Aberdin (Şotlandiya), Şiroki Briyeq (Bosniya və Herseqovina), Botev (Bolqarıstan), Honka (Finlandiya), Slayqo Rovers (İrlandiya), Birkirkara (Malta), Vaduts (Lixtenşteyn), Koper (Sloveniya), Brommapoykarna (İsveç), Banqor Siti (Uels), Zimbru (Moldova), MüPA (Finlandiya), Hoqesund (Norveç), Nomme Kalyu (Estoniya), Dauqava (Latviya), Jenes EŞ (Lüksemburq), Rudar (Sloveniya).

Qeyd edək ki, "Qəbələ" Avroliqanın püşkatması zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da komandamızın daha güclü rəqiblərin yer aldığı səpələnmişlər səbətindən bir komanda ilə düşəcəyinə işarədir.

İlk təsnifat mərhələsinin oyunları iyulun 3-10-da baş tutacaq. Püşkatma mərasimi isə iyunun 23-də keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm