İdman
“Gəncə Marafonu-2017”-yə BİR GÜN QALDI
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu-2017”yə sentyabrın 17-də Heydər Əliyev Park Kompleksindəki Zəfər tağının önündən start veriləcək.
Publika.az bildirir ki, Azərbaycanın qədim tarixə malik Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər olacaq. Bu barədə Azərtac xəbər agentliyi məlumat yayıb.
Saat 10:00-da start götürəcək marafonun məsafəsi 17 kilometr təşkil edəcək. Heydər Əliyev Park Kompleksində başa çatacaq marafona atletlərin, siyasətçilərin, tanınmış şəxslərin, incəsənət adamlarının, ictimaiyyət nümayəndələrinin və tələbələrin qoşulacağı gözlənilir. Respublikamızın bölgələri ilə yanaşı, bir sıra ölkələrdən olan iştirakçılar da marafona qoşulmaqda həvəslidirlər. Yarışa xarici ölkə vətəndaşları da olmaqla, ümumilikdə, 7 mindən çox insanın qatılacağı gözlənilir.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
“Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Marafon Gəncə şəhərində Zəfər tağından start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışçılar iştirak üçün heç bir ödəniş etməyiblər.
“Gəncə Marafonu–2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub, ümumilikdə, Azərbaycandan və digər ölkələrdən 20000-dən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov