“Qarabağ” - “Roma” matçına 40 000 bilet satıldı
Bizi izləyin

İdman

“Qarabağ” - “Roma” matçına 40 000 bilet satıldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki ilk ev oyununda qarşılaşacağı “Roma” (İtaliya) ilə oyuna bilet satışı davam edir.

Publika.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 40 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm