"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri üçün uğurlu gün - - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri üçün uğurlu gün - - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Malaqa” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda tək qolla qalib gəlib - 1:0. Yeganə qolu 61-ci dəqiqədə Antuan Qrizmann rəqib qapısından keçirib.

Bu qələbədən sonra madridlilər xallarının sayını 8-ə çatdırıb. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Atletiko” ilə ilk oyunu oktyabrın 18-də Bakıda baş tutacaq.

Futbol üzrə İtaliya A seriyasında 4-cü turun oyunları keçirilib.

Çempionlar Liqasında “Qarabağ”la bir qrupda yer alan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Verona” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda darmadağınla qalib gəlib – 3:0. 22-ci dəqiqədə Raca Naynqqolanın hesabı açıb. 33 və 61-ci dəqiqələrdə isə Edin Dzeko adını tabloya yazdırıb.

Bu qələbədən sonra “canavarlar” xallarının sayını 6-ya çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Roma” ilə ilk oyunu sentyabrın 27-də Bakıda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm