Almanların argentinalılardan aldığı qisas – VIDEO + FOTOLAR
Bizi izləyin

İdman

Almanların argentinalılardan aldığı qisas – VIDEO + FOTOLAR

Almanların argentinalılardan aldığı qisas – VIDEO + FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayır.

Milli çempionatlarda mübarizə başa çatdığından dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir. Elə mətbuat da mundial həyacanına köklənib. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatları ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1990-cı ildə İtaliyada keçirilmiş 14-cü dünya çempionatına həsr olunub.

Maradona İtaliyanın düşməni oldu

Bəzi mütəxəssislər DÇ-90-nı məhz “anti-futbol məktəbinin tənətənsəi” kimi xarakterizə etdilər. Bir çox komandaların boz, iddiasız oyunları, darıxdırıcı matçların çoxluğu, SSRİ, Hollandiya kimi komandaların qrupda qalması, fransızların isə ümumiyyətlə, final mərhələsinə vəsiqə qazanmaması - bütün bunlar həlledici qarşılaşmaya da öz təsirini göstərdi. Bu qarşılaşmada güc mübarizəsi, kobudluq oldu, iki qırmızı vərəqə verildi və bir də penalti təyin edildi. Sonuncu cərimə zərbəsi təkcə matçın yox, həm də turnirin taleyini həll etdi. Ancaq futbol bayramının təntənəsini göstərən hiss yox idi.

Dörd il əvvəlki rəqiblər yenidən qarşılaşırdı. Ancaq bu dəfə almanlar daha güclü və praqmatik olmaqla yanaşı, güclərinə əmin idilər. Argentinalılar isə dörd il əvvəlki kimi güclü təsir bağışlamırdı. Hətta turnirin gedişində onların bəxtləri də gətirirdi. Bir çox mütəxəssislərin fikrincə, Maradonanın özü də Meksikadakı mundialdan fərqli olaraq bu dəfə “bir ayaq”la oynayırdı. Argentina millisi İtaliyada baxımlı, rəngarəng futbol sərgiləyə bilmədi. Ola bilsin ki, bu, məşqinin taktiki gedişi idi. Argentina millisi bu dörd ildə çevikliyini, təravətini itirmişdi. Belə durumda uğur əldə etmək üçün məşqçi bicliyi işə düşür. Hər halda, Karlos Bilardo yaxşı təşkilatlanmış, ancaq daha çox dağıdıcı funksiyanı həyata keçirən mexanizm qura bilmişdi.

Baş məşqçinin turnirdən əvvəlki fikirləri belə idi: “Titulumuzu qoruyacağımızı iddia edə bilmərəm. Yalnız onu deyə bilərəm ki, yetirmələrimi maksimum nəticəyə kökləyəcəm. Daha ilkin mərhələlərdə uduzsaq belə, komandamız ən yüksək səviyyədə hazır olacaq və döyüşsüz meydanın bir metrini belə əldən verməyəcək”. Bu sözlərin boş ifadələr olmadığını rəqiblər tezliklə, öz üzərlərində hiss etdilər. Ancaq əvvəlcə argentinalıların azarkeşləri əsl şok yaşamalı oldular. Start matçında Kameruna yenilən Bilardonun yetirmələri, növbəti matçda SSRİ-ni yalnız hakimin - dörd il əvvəl Belçika ilə matçda sovetləri uduzduran isveçli Fredrikstadın köməyi ilə yenə bildilər.

Rumınlarla bərabərlik də rəğbətlə qarşılanmadı. Braziliya ilə matçda isə bütün mövqelərdə uduzan argentinalılar, Maradonanın dahiliyinə güvənməli oldular. Dieqo mərkəzdə topu qəbul edib, yolüstü üç oyunçunu aldadaraq Kaniccaya əla ötürmə verdi. Sonra isə oyunsonrası penaltilərlə bitən iki matç vardı. Sonuncusunda həlledici 11 metrlik zərbəni Neapolun sevimlisi Dieqo vurdu. Oyun həmin şəhərdə keçirildi. Bu topla o, bütün İtaliyanı öz düşməninə çevirdi. Bəli, Maradonanın reallaşdırdığı penalti meydan sahibini – İtaliyanı mübarizəni dayandırmağa vadar etdi.

Ədalətin təcəssümü şübhəli penalti

Almaniya isə finala daha sabit gəlmişdi. Bekkenbauer heyəti yetərincə gəncləşdirmişdi. Yeni Bundestim sınağını iki il əvvəlki Avropa çempionatında vermiş, yarımfinalda çempion Hollandiyaya uduzmuşdu. DÇ-nin 1/8 finalında “narıncılar”dan qisas alındı.

Turnirin startında məhsuldar, baxımlı oyunla fərqlənən almanlar, pley-offda daha praqmatik və ehtiyatlı davrandılar. Ancaq heç kəs məhz bəxtin Bekkenbauerin komandasına kömək etdiyini deyə bilməzdi. Xeyr, bundestim ona lazım olanı gücü, bütün xətlərdəki balansı futbolçuların özlərini oyuna tam sərf etməsi ilə alırdı. Odu ki, finalda rəqib Argentina yox, məsələn, turnirin favoritlərindən olan İtaliya və ya Braziliya olsaydı belə, qələbə təəccüb doğurmayacaqdı. Maradona və digər argentinalıları özündən çıxaran, Bremenin ürəksiz vurduğu şübhəli penaltini də ədalətin təcəssümü adlandırmaq olardı.

DÇ-1990. İtaliya

Final mərhələsi: 8 iyun - 8 iyul

24 komanda 6 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

52 oyun, 2517348 tamaşaçı (orta hesabla hər oyunda 48411)

115 qol (orta hesabla hər oyunda 2,21)

Ən yaxşı futbolçu - S.Skilaçi (İtaliya)

Bombardir: S.Skilaçi (İtaliya) - 6

Qrup A

1.İtaliya 3 3 0 0 4-0 6

2.Çexoslovakiya 3 2 0 1 6-3 4

3.Avstriya 3 1 0 2 2-3 2

4.ABŞ 3 0 0 3 2-8 0

Qrup B

1.Kamerun 3 2 0 1 3-5 4

2.Rumıniya 3 1 1 1 4-3 3

3.Argentina 3 1 1 1 3-2 3

4.SSRİ 3 1 0 2 4-4 2

Qrup C

1.Braziliya 3 3 0 0 4-1 6

2.Kosta-Rika 3 2 0 1 3-2 4

3.Şotlandiya 3 1 0 2 2-3 2

4.İsveç 3 0 0 3 3-6 0

Qrup D

1.Q.Almaniya 3 2 1 0 10-3 5

2.Yuqoslaviya 3 2 0 1 6-5 4

3.Kolumbiya 3 1 1 1 3-2 3

4.BƏƏ 3 0 0 3 2-11 0

Qrup E

1.İspaniya 3 2 1 0 5-2 5

2.Belçika 3 2 0 1 6-3 4

3.Uruqvay 3 1 1 1 2-3 3

4.Cənubi Koreya 3 0 0 3 1-6 0

Qrup F

1.İngiltərə 3 1 2 0 2-1 4

2.İrlandiya 3 0 3 0 2-2 3

3.Hollandiya 3 0 3 0 2-2 3

4.Misir 3 0 2 1 1-2 2

Bütün oyunlar

1. Kamerun - Argentina 1:0

2. Rumıniya - SSRİ 2:0

3. İtaliya - Avstriya 1:0

4. Kolumbiya - BƏƏ 2:0

5. Çexoslovakiya - ABŞ 5:1

6. Braziliya - İsveç 2:1

7. Qərbi Almaniya - Yuqoslaviya 4:1

8. Kosta-Rika - Şotlandiya 1:0

9. İngiltərə - İrlandiya 1:1

10. Belçika - Cənubi Koreya 2:0

11. Misir - Hollandiya 1:1

12. İspaniya - Uruqvay 0:0

13. Argentina - SSRİ 2:0

14. Yuqoslaviya - Kolumbiya 1:0

15. İtaliya - ABŞ 1:0

16. Kamerun - Rumıniya 2:1

17. Çexoslovakiya - Avstriya 1:0

18. Qərbi Almaniya - BƏƏ 5:1

19. Braziliya - Kosta-Rika 1:0

20. Şotlandiya - İsveç 2:1

21. İngiltərə - Hollandiya 0:0

22. Misir - İrlandiya 0:0

23. İspaniya - Cənubi Koreya 3:1

24. Belçika - Uruqvay 3:1

25. SSRİ - Kamerun 4:0

26. Argentina - Rumıniya 1:1

27. Kolumbiya - Qərbi Almaniya 1:1

28. Yuqoslaviya - BƏƏ 4:1

29. İtaliya - Çexoslovakiya 2:0

30. Avstriya - ABŞ 2:1

31. Kosta-Rika - İsveç 2:1

32. Braziliya - Şotlandiya 1:0

33. İspaniya - Belçika 2:1

34. Uruqvay - Cənubi Koreya 1:0

35. İngiltərə - Misir 1:0

36. Hollandiya - İrlandiya 1:1

37. Kamerun - Kolumbiya 2:1, ə.v.

38. Çexoslovakiya - Kosta-Rika 4:1

39. Argentina - Braziliya 1:0

40. Qərbi Almaniya - Hollandiya 2:1

41. İrlandiya - Rumıniya 0:0, p-5:4

42. İtaliya - Uruqvay 2:0

43. Yuqoslaviya - İspaniya 2:1, ə.v.

44. İngiltərə - Belçika 1:0, ə.v.

45. Argentina - Yuqoslaviya 0:0, p-3:2

46. İtaliya - İrlandiya 1:0

47. Qərbi Almaniya - Çexoslovakiya 1:0

48. İngiltərə - Kamerun 3:2, ə.v.

49. Argentina - İtaliya 1:1, p-4:3

50. Qərbi Almaniya - İngiltərə 1:1, p-4:3

51. İtaliya - İngiltərə 2:1

52. Qərbi Almaniya - Argentina 1:0

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm