• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq?

  • İdman
  • 23 May 2014 13:31
  • 638 Baxış
Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq?

2014/15 mövsümündə arvokuboklarda mübarizə aparacaq Azərbaycan klublarının hansı mərhələdən mübarizəyə başlayacağı tam dəqiqləşib.

Kubokun qalibi "Neftçi" Avropa Liqasın II, Premyer Liqanın üçüncüsü "Qəbələ" I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Artıq klublarımızın ilk oyunlarını keçirəcəyi tarixlər də bəllidi.

Publika.az xəbər verir ki, Premyer Liqanın gümüş və bürünc medallarını qazanan "İnter"lə "Qəbələ" I təsnifat mərhələsinin ilk oyununu iyulun 3-də keçirəcək. Bu mərhələnin cavab oyunları isə ayın 10-da baş tutacaq.

Premyer Liqada titulsuz qalan, Azərbaycan Kubokunu qazanan "Neftçi" II təsnifat mərhələsində oynayacaq. "Ağ-qaralar" ilk oyuna iyulun 17-də çıxacaq. Cavab matçı isə 24-də oynanılacaq.

Azərbaycan çempionatının qalibi "Qarabağ" isə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İlk mərhələdən azad olan Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununu 15-16 iyul tarixlərində keçirəcək. Bu mərhələnin cavab matçları isə ayın 22-23-də baş tutacaq.

Qeyd edək ki, Çempionlar Liqasının və Avropa Liqasının ilk iki mərhələsinin püşkü iyunun 23-də atılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR