Sadıq Sadıqov istefa verəcək?
Bizi izləyin

İdman

Sadıq Sadıqov istefa verəcək?

Sadıq Sadıqov istefa verəcək?

Dünən keçirilən Azərbaycan kubokunun final qarşılaşmasından sonra baş tutan mükafatlandırma mərasimində bir məqam diqqət çəkdi.

Publika.az xəbər verir ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov mükafatlandırma mərasiminə qatılmayıb.

Bəziləri bunu Sadıq Sadıqovun AFFA, PFL rəhbərliyindən küsməsi kimi qələmə verərək, Neftçi”nin prezidentinin etirazı hesab edir. Anacq ortada başqa amil də var. “Neftçi”də ciddi problemlərin olduğunu mətbuat yanvar ayından bəri müzakirə edir. Hətta klubda yeyintilərin də olduğu bildirilir və Sadıq Sadıqovun komandasının “Neftçi”dən uzaqlaşdırılacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Sadıq Sadıqov mükafatlandırma mərasiminə qatılmamaqla hadisələri qabaqlamaq istəyir. Belə ki, “Neftçi”nin prezidenti qovulmasını gözləmədən özü istefa vermək niyyətindədir. Sadıq Sadıqovun yaxın günlərdə istefa qərarını açıqlayacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm