Onu Qəbələdən sevgilisi aparıb
Bizi izləyin

İdman

Onu Qəbələdən sevgilisi aparıb

Onu Qəbələdən sevgilisi aparıb

“Qəbələ”nin aparıcı futbolçularından olan Dodo klubu tərk edib.

O, bundan sonra karyerasını başqa klubda davam etdirəcək. Publika.az xəbər verir ki, bu ayrılığa səbəb futbolçunun sevgilisi olub.

Belə ki, Dodonun sevgilisi Avropada, daha da konkretləşdirsək, İspaniyada yaşamaq istəyir. Buna görə də futbolçudan "Qəbələ" ilə yeni müqavilə imzalamamağı və özünə Avropada başqa klub tapmağı məsləhət görüb.

Sevgilisinin sözündən çıxmayan Dodo "Qəbələ" rəhbərliyinə ayrılmaq istədiyini deyib və İspaniyaya üz tutub. Onun hansı klubun şərəfini qoruyacağı isə yaxın günlərdə məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm