Bakıda voleybol üzrə Avropa çempionatının açılışı oldu
Bizi izləyin

İdman

Bakıda voleybol üzrə Avropa çempionatının açılışı oldu

Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm