"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu
Bizi izləyin

İdman

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

"Yuventus" rəsmi saytında 2016/17-ci maliyyə ilinin yekunu üzrə rekord gəlir əldə etdiyini bəyan edib.

Publika.az xəbər verir ki, Turin klubu iyunun 30-da başa çatan bir illik dövr ərzində 562,7 milyon avro qazanıb.

Klubun xalis gəliri 42,6 milyon avro təşkil edib.

"Yuventus" ötən mövsüm ölkə çempionatı və İtaliya Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksəlib və orada "Real"a məğlub olub (1:4).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm