Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu
Bizi izləyin

İdman

Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

Bu yay gözlənilmədən PSJ-yə keçən Neymarın yeni klubundakı məvacibinin məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu gündəlik 100 min, aylıq isə 3 milyon avrodan çox əmək haqqı alır.

Bu, ulduz futbolçunun bir saat ərzində 4 min avro qazanması deməkdir. Məlumata görə, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan braziliyalının evinin gündəlik kirayəsi 14 min avrodur.

Beləliklə, Neymar dünyanın ən çox məvacibi olan futbolçusudur. Ondan əvvəl bu ada ildə 35 milyon avro qazanan Karlos Teves layiq görülüb.

Xatırladaq ki, Neymarın "Barselona" klubundan PSJ-ə keçidi futbol tarixində ən bahalı transfer hesab edilir - 222 milyon avro.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm