"Qəbələ" "Neftçi"ni məğlub etdi - - VİDEO
Bizi izləyin

İdman

"Qəbələ" "Neftçi"ni məğlub etdi - - VİDEO

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Publika.az xəbər verir ki, Qəbələdə baş tutan oyunda şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi" qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Bu qələbədən sonra xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası. VI tur

24 sentyabr

18:00 Qəbələ - Neftçi 2:1

Qol: Stiven Monroz, 4. Baqali Dabo, 40 - Namiq Ələsgərov, 48

Qeyd edək ki, turun ilk üç oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm