Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"
Bizi izləyin

İdman

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

Azarkeşlərin dəstəyi komandaya inam verdi və zalda inanılmaz atmosfer yaratdı. Bunu Trend-ə Azərbaycanın qadınlardan ibarət voleybol yığmamızın məşqçisi Famil Ağayev Polşa yığması üzərində 3-0 hesablı parlaq qələbədən sonra deyib.

Famil Ağayev xüsusi olaraq vurğulayıb: "Oyunumuzda yenidən iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk. Onun dəstəyi bizim oyuna enerji verdi. Dövlət başçısının bizim çıxışlara göstərdiyi diqqət bizim üçün çox vacibdir. Qızlar da pis vəziyyətdə qoymadılar, böyük hesabla oyunu başa vurdular".

Məşqçinin sözlərinə görə, yığma artıq bu gündən Almaniya komandası ilə sabahkı oyuna hazırlığa başlayacaq: "Əgər siz fikir verdinizsə, Polşa ilə oyunun 3-cü setində qızlar bir az yorğun idilər və meydanda gərginlik hiss olunurdu. Lakin baş məşqçi Faiq Qarayevin etdiyi əvəzetmələr yekun nəticəni bizim xeyrimizə dəyişdi".

F. Ağayevin fikrincə, Avro-2017-in startında 2 qələbə komandanı arxayınlaşdırmamalıdır.

O, bildirib ki, komanda sabah hər top və hər set uğrunda mübarizə aparacaq: "Məqsədimiz qrupda yalnız Avropa çempionatının 1/4 finalda birbaşa çıxış etmək hüququ verən birinci yerdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm