“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU
Bizi izləyin

İdman

“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu İtaliyanın “Roma” klubuna qarşı keçirəcək “Qarabağ” komandası matçın biletlərini 7 sentyabr tarixindən satışa çıxarıb.

Publika.az xəbər verir ki, sabah keçiriləcək oyun üçün nəzərdə tutulan 69 min bilet artıq satılıb. Həyəcanla oyunu gözləyən hər iki komandanın fanatları içərisində məşhurlar da var.

Lakin onların arasında oyundan xəbəri belə olmayanlar da ortaya çıxıb. Belə ki, bir neçə məşhurla əlaqə saxlayıb, onlara “Qarabağ” və “Roma” matçına gedib-getməyəcəkləri barədə suallar verdik. Bəziləri nəinki matça gedəcəyini dedi, heç oyundan xəbərinin olmadığını diqqətə çatdırdı.

Aparıcı Cavid Gül:

“Mən oyuna getməyəcəm. Stadionda oyuna baxmaq ayrı ab-havadır. Amma belə kritik və möhtəşəm oyunlara televiziyada baxmağa üstünlük verirəm. Həm dəqiq izləmə imkanı verir, həm də təkrarı görə bilirsən”.

Müğənni Nura Suri:

“Təbii ki, sabahkı oyundan xəbərim var. Ancaq gedə bilməyəcəyəm. Adam çox olan yerdə qala bilmirəm. Çünki “Panik atak” oluram. Hətta, konsertlərə belə getmirəm. Onlara uğurlar arzu edirəm. Oyuna evdən baxacağam”.

Bəstəkar Pərviz Mahmudov:

Картинки по запросу pərviz mahmudov

“Çox təəssüf sabahkı oyuna qatıla bilməyəcəyəm. Komandamıza uğurlar arzu edirəm. Ürəyimiz və ruhumuz onlarladır”.

Aparıcı Afaq Gəncəli:

“Sabahkı oyundan xəbərim yoxdur. Getməyəcəyəm”.

Bəstəkar-müğənni Murad Arif:

“Sabah bizim ailəmiz üçün çox önəmli gündür. Mənim ad günümdür. Ona görə də, ailə içində bu günü qeyd edəcəyik. Ancaq bir qarabağlı balası kimi ürəyim “Qarabağ”ın yanında olacaq. Uğurlar arzu edirəm, istəyirəm ki, istənilən nəticədən asılı olmayaraq bütün azərbaycanlılar Qarabağı sözdə, özdə, statuslarda, ismarıclarda dəstəkləsinlər. Onlar bizim qəhrəmanlarımızdır. Biz “Qarabağ”dan bugünədək nail olduqlarının artığını arzulayırıq, ancaq tələb etmirik. Buna haqqımız da yoxdur. Çünki “Qarabağ” komandası Azərbaycan futboluna öz adını ən şərəfli şəkildə həkk edib. Onlar bizim fəxrlərimizdir”.

Aktyor Kamran Ağabalayev:

“Qatı futbol azarkeşiyəm. Film çəkilişləri ilə bağlı gedə bilməyəcəyəm, lakin ürək “Qarabağ”la döyünür. Hər dəfə “Qarabağ”ın adını çəkəndə ələlxüsus Qarabağ və Ağdam deyən an ürək dağa dönür. Başa düşürük “Atletiko Madrid”, “Çelsi”, “Roma” dünya nəhəngləridir, lakin meydan düz top yumru”.

Aparıcı Murad Əzimzadə:

“Sabahkı oyundan xəbərim var. Çempionlar Liqasının qrup mərhələsinin oyunudur. “Roma” və “Qarabağ” qarşılaşacaq. Təəssüf ki, gedə bilməyəcəm. Çünki vaxt azlığından bilet ala bilmədim”.

Stilist Samiraldo:

“Bilirəm ki, sabah futbol olmalıdır. Ancaq kimlər qarşılaşacaq xəbərim yoxdur. Komandamıza uğurlar arzu edirəm. Biz idmanda insanlara, bütün dünyaya göstərməliyik ki, bizim futbolumuz yenə ayaq üstdədir. Necə ki, 1969-70-ci illərdə futbolla öndə idik. Önümüzdəki illərdə də bunun davam etməsini istəyirəm. Uğurlar arzu edirəm. Amma oyuna gedə bilməyəcəyəm”.

Dj Çina:

“Sabah nə oyunudur ki? Mənim başqa işlərim var, qatıla bilməyəcəyəm”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm