İdman
Qurban Qurbanov: "Çalışacağıq ki..."
"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli
olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz,
ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də
kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar
komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".
Publika.az-ın xəbərinə görə, bu sözləri
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup
mərhələsinin ikinci turunda "Roma" ilə oyundan öncə təşkil edilən
mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis daha sonra
jurnalistlərin suallarını da cavablandırıb.
- 65 min azarkeş önündə oynamaq necə hisdir?
- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq.
- Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur?
- O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda
belə şeylər olur. Hətta özümdə də olur.
Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan
uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah
da meydanda olma ehtimalı çoxdur.
- Ansi Aqolinin durumu necədir?
- Hər şey pozitivdir. Son qərarı sabahkı məşqdən sonra verəcəyik.
Bəzi mövqelərlə bağlı fikirlərimiz var.
- Heyətdə nə kimi dəyişikliklər etməyi
düşünürsünüz?
- Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir.
Üstəlik evdə oynayırıq.
- "Roma"nı canlı izləyəndə zəif yerlərini heç
görmədiniz?
- O vaxtı Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının
düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan
futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim.
Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı
izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top- komandadır.
Deməzdim ki, çoxlu səhvini gördüm.
- Əvvəllər də İtaliya klublarına qarşı oynamısınız.
Müqayisə aparardınız...
- "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir.
Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri
tutmaları hər şeyi deyir.
- Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə
alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi
düşünürsünüz?
- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düz olmaz. Kim
hazırdırsa, o da oynayacaq.
Mətbuat konfransından sonra komanda oyundan əvvəl sonuncu məşqinə çıxıb.
Foto: Elnur Muxtar
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama