İdman
"Roma"nın baş məşqçisi jurnalistlərdən üzr istədi - "“Qarabağ”a çox böyük hörmətim var" - - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eusebio Di Françesko oyundan öncə mətbuat konfransı təşkil edib.
Publika.az xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:
- Hər rəqibə qarşı fərqli heyətdən istifadə
edirsiz?
- Xeyr. Sadəcə, biz hamıya şans verməyə çalışırıq. Ancaq bu vaxt
rəqibin kimliyinə fikir vermirik. Sadəcə, kim hazırdısa, ona da
şans veririk. Mənim “Qarabağ”a çox böyük hörmətim var. Bu
komandanın tarixinə hörmətlə yanaşıram. Onlarla digər rəqiblərimiz
arasında fərq görmürəm.
- El Şaravi yenidən meydana qayıdıb...
- Onun zədəsi çox uzun çəkdi. Ancaq hazırda tam hazırdı. Heyətdə
onu əvəz edə biləcək yetərincə oyunçu var. Florensi, Perrotti onu
tam əvəz edə bilər.
- İtaliya klublarının Çempionlar Liqası üçün
təkmilləşmədikləri deyilir. Bu barədə nə deyə
bilərsiz?
- Bu fikirlə razı deyiləm. Biz İspaniya, İngiltərə kimi ölkələrin
klublarına qarşı normal oyunlar keçirmişik. Düşünmürəm ki, bu,
keçdiyimiz məşqlərlə bağlıdı. Bunun başqa səbəbi olmalıdı.
- “Roma”nı qarşıda çətin oyunlar gözləyir. Həmin
oyunları nəzərə alaraq, “Qarabağ”a qarşı matçda güzəşt etmək
fikriniz var?
- Bizi çətin oyunlar gözləyir. Bilirik ki, texniki cəhətdən
“Qarabağ”dan üstünlüklərimiz çoxdu. Lakin biz ancaq qələbə barədə
düşünürük. Rəqiblərimizə qəddar oluruq. Heç bir komandaya güzəşt
etmək barədə düşünmürük. Hər bir oyun bizim üçün vacibdi.
- “Roma”nın icraçı direktoru Umberto Qandini “Qarabağ”ın
hücumçusu Mahir Mədətovu izləyəcəklərini demişdi. Siz bu barədə nə
deyə bilərsiz?
- (Mahirin adını tərcüməçi ilə dəqiqləşdirdikdən sonra cavab verdi)
Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanımışıq. Ancaq
bizim üçün sabahkı matçda qalib gəlmək daha əsasdı. “Qarabağ”da
ondan daha təhlükəli oyunçular var. Onlar da bizi
maraqlandırır.
- Qrequar Defrel 3 oyunda çıxış etdi, daha sonra isə ona
şans vermədiz. Bunun səbəbi nədi?
- Mən bu oyunçunu hamıdan yaxşı tanıyıram. Mənim üçün xüsusi
futbolçudur. Ona şans vermirəmsə, bu o demək deyil ki, ona daha
şans verməyəcəm. Öz üzərində bir az daha çalışmalıdı.
Sonda baş məşqçi mətbuat konfransına gecikdikləri üçün jurnalistlərdən üzr istədi.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ